İdman
Elvin İsmayılov: “İdman tariximizdə ən böyük yarışlardan biri Qəbələdə keçirilir”
Xəbər verdiyimiz kimi, Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. 100-ə yaxın ölkənin 2000-ə yaxın idmançısı 34 Olimpiya lisenziyası uğrunda mübarizə aparır. Bu mötəbər yarışda ölkəmizi təmsil edənlərdən biri də milli komandanın üzvü Elvin İsmayılovdur.
O, həmçinin "Qəbələ" İdman Klubunun vitse-prezidenti kimi fəaliyyət göstərir.
E.İsmayılov Publika.az-a açıqlamasında bildirib ki, bu yarışda onun ən böyük məqsədi himnimizi səsləndirmək, ölkəmizi layiqli şəkildə təmsil etməkdir:
“Artıq bir neçə gündür ki, idman tariximizdə ən böyük yarışlardan biri Qəbələdə keçirilir. Bu yarışda bir çox ölkənin nüfuzlu idmançıları iştirak edir. İştirakçılar siyahısında Olimpiya çempionları, olimpiya mükafatçıları və dünya çempionları var. Bu da yarışa olan marağın böyük olduğunu sübut edir. Təbii ki, lisenziya xarakteri daşıması da yarışa marağı artırır. Dünya Kuboku atıcılıq idman növünün təqvim planında həm iştirakçı, həm də verilən lisenziya sayına görə ən böyük, ən möhtəşəm yarış hesab olunur. Burda atıcılığın bütün növləri üzrə mübarizə gedir. Çətin, gərgin və güclü mübarizə bizi gözləyir.
Mən sabahdan - avqustun 13-dən yarışlara qatılacam. Hər bir idmançı kimi ən yüksək pilləyə qalxmaq niyyətindəyəm. Hazırlığıma güvənirəm. Bizə olan inam böyükdür. Çalışacam ki, göstərilən etimadı, inamı doğruldum. Məqsədim ölkəmizin himnini səsləndirib, bayrağını yüksəltməkdir. Onu da qeyd edim ki, Azərbaycanda idmana olan qayğının digər ölkələrə də örnək olacağına inanırıq”.
Aygün İlqarqızı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu