İdman
Bakı Olimpiya Stadionu ilin ən yaxşı idman qurğusu seçildi
İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalı (ENR) ilin ən yaxşı layihələrinin siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, Bakı 2015 İlk Avropa Oyunlarının açılış və bağlanış, eləcə də atletika yarışlarını qəbul etmiş Bakı Olimpiya Stadionu bu baxımdan seçilib.
Belə ki, bu ilin martında Avropa Oyunları ərəfəsində istifadəyə verilən Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan olunub. Layihə müsabiqəyə “Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilib.
Qeyd edək ki, ENR jurnalı dünyanın ən yaxşı inşaat və dizayn layihələri müsabiqəsini artıq üçüncü dəfədir təşkil edir. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirir, eyni zamanda layihəni həyata keçirən şirkətlərin də çətinliklərin öhdəsindən necə gəlməsi nəzərə alınır.
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi