İdman
Gəncəlilər bu günü çox arzulayırdı
Azərbaycan Premyer Liqasının 4-cü turu üçün azarkeş sayı məlum olub.
Publika.az xəbər verir ki, 4-cü turun və mövsümün azarkeş rekordu Gəncədə qeydə alınıb. Belə ki, Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - AZAL (1:0) oyununu 13200 tamaşaçı izləyib ki, bu da həm cari mövsümün, həm də 4-cü turun rekordu olub. Xatırladaq ki, bundan əvvəlki rekord da Gəncəyə məxsus idi. Belə ki, Premyer Liqanın 2-ci turunun "Kəpəz" - "Zirə" oyununda (1:1) 12500 tamaşaçı qeydə alınmışdı ki, bu da son turadək ən yüksək göstərici idi.
4-cü turda ən az azarkeş isə "Bayıl Arena"da qeydə alınıb. Burada keçirilmiş "Rəvan" - "Neftçi" matçını (1:3) cəmi 500 tamaşaçı izləyib.
Turun mərkəzi oyunlarından hesab edilən "Qarabağ" - "Xəzər Lənkəran" matçını (1:0) 1200, "İnter" - "Qəbələ" qarşılaşmasını (2:1) isə 1000 tamaşaçı tribunalardan izləyib.
Sumqayıtda yerli komandayla "Zirə"nin qarşılaşmasında isə 1500 azarkeş olub.
Ümumilikdə, turun 5 oyununu cəmi 17400 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 3480 tamaşaçı deməkdir. Bu isə cari mövsüm üçün ən yüksək göstəricidir. Bunadək ən yüksək orta azarkeş sayı 2-ci turda qeydə alınmışdı (3266 tamaşaçı).
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?