QALMAQAL: “Xain” futbolçunu tribunadaca edam etdilər
Bizi izləyin

İdman

QALMAQAL: “Xain” futbolçunu tribunadaca edam etdilər

Fransa çempionatının 6-cı turunun son oyununda qalmaqal olub.

Publika.az xəbər verir ki, “Marsel” – “Lion” qarşılaşması 1:1 hesabıyla bitsə də, azarkeşlər sakit durmayıb. Vaxtilə “Marsel”in şərəfini qoruyan Matye Valbuenanın əzəli rəqiblə anlaşmasını yerli fanatlar həzm edə bilməyib.

İlk dəqiqələrdən yerli azarkeşlər Valbuenaya etiraz olaraq tribunada “Xain” pankartı açıb. Bununla əsəbləri soyumayan “Marsel” tərəfdarları qapı arxasındakı tribunada Valbuenanın maketini “edam ediblər”.

“Lion” Lakazettanın qoluyla ilk hissəni 1:0 öndə başa vurub. Fasilə ərəfəsində meydan sahibləri daha bir zərbə alıb. “Xain”ə qarşı kobudluq edən “Marsel”in futbolçusu meydandan qovulub.

İkinci hissədə hakimin qərarından narazı olan fanatlar meydana yad əşyalar atdığı üçün qarşılaşma 18 fəqiqə dayanıb. Oyun bərpa olunandan sonra “Marsel” bərabərlik qolunu vura bilib. Bu hesab final fitinə qədər dəyişməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm