İdman
“Qarabağ” lider oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasının yeddinci turunun oyunlarına yekun vurulub. Bu gün üç qarşılaşma keçirilib.
Publika.az-ın məlumatına görə, Gəncə şəhər stadionunda “Sumqayıt” komandasını qəbul edən “Kəpəz” rəqibinə 3-1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Junior Osvaldo dubl edib, Rəşad Eyyubov bir dəfə fərqlənib. “Sumqayıt”ın heyətində isə Uğur Pamuk qolun müəllifi olub.
Turun daha çox maraq doğuran görüşü isə “İnter” və “Qarabağ” kollektivləri arasında olub. Belə ki, görüşdən əvvəl hər iki komanda liderlər sırasında idi. Baş hakim Elvin Əsgərovun idarə etdiyi matç Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Dani və Reynaldonun vurduqları qollar Avropa Liqasında da uğurla çıxış edən Qurban Qurbanovun komandasına qələbə qazandırıb. Bu qələbə sayəsində xallarının sayını 17-yə çatdıran “Qarabağ” çempionatın vahid liderinə çevrilib.
Turun Qəbələ şəhər stadionunda keçirilən sonuncu qarşılaşmasında isə “Qəbələ” və “Xəzər Lənkəran” kollektivləri üz-üzə gəlib. Avropa Liqasının qrup mərhələsində səfərdə Rusiyanın “Krasnodar” klubuna məğlub oldqudan sonra Roman Qriqorçukun yetirmələri Azərbaycan Premyer Liqasındakı vəziyyəti düzəltməyə çalışıb. Baş hakimi Rəhim Həsənov idarə etdiyi oyunda Qəbələ şəhərinin komandası Lənkəran təmsilçisini 6:0 hesabı ilə darmadağın edib. Oyunda rəqib qapısından topları “Qəbələ”nin heyətində Dodo, Aleksey Qay, Aleksey Antonov, Ermin Zets və görüşdə dubl edən Fakundo Pereyra keçiriblər. Beləliklə, Roman Qriqorçukun yetirmələri klubu 16 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Çempionatın üçüncü pilləsində 15 xalla “Zirə” qərarlaşıb.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi