İdman
Dünya çempionatında 4-cü medalı qazandıq

Yunanıstanın paytaxtı Afinada veteran güləşçilərin dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, Azərbaycan pəhləvanları yarışların üçüncü günündə sərbəst güləş üzrə daha 1 gümüş medal qazanıb.
69 kq çəki dərəcəsində A divizionunda mübarizə aparan Ramil İsmayılov ABŞ və Macarıstandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Gürcüstan təmsilçisinə məğlub olan pəhləvanımız dünya çempionatını gümüş medalla tamamlayıb.
Beləliklə, pəhləvanlarımızın sərbəst güləş yarışlarında qazandığı medalların sayı 4-ə yüksəlib. Buna qədər isə İslam Quliyev (85 kq) qızıl, Abbas Məmmədov (63 kq) gümüş və Rövşən İsmayılxanlı (130 kq) bürünc medal qazanıb.

-
Cənubi Qafqaz19:12
Ermənistanın müdafiə naziri Rusiyaya getdi
-
Sağlamlıq15:01
Gülşən səhnəyə elə geyimdə çıxdı ki... - FOTO
-
ABŞ12:14
NATO-nun ABŞ-a etdiyi bu çağırış Rusiyanı HƏRƏKƏTƏ GƏTİRDİ
-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Digər11:37
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ