“Normal insan” formaları satışa çıxarıldı - FOTO
Bizi izləyin

İdman

“Normal insan” formaları satışa çıxarıldı - FOTO

Özünü "xüsusi insan" elan edən Joze Mourinyo üçün “Çelsi”nın çıxartdığı "xüsusi insan" formasına Yürgen Kloppun sözlərindən sonra “Liverpul”dan cavab gəlib.

Publika.az xəbər verir ki, “Liverpul” yeni baş məşqçisi Yürgen Kloppun rəhbərliyi altında çıxacağı ilk matçdan əvvəl klub mağazasında yeni meneceri üçün hazırlatdığı formanı satışa çıxarıb.

"NTV Spor"da yer alan xəbərə görə, Joze Mourinyonun özünü "xüsusi insan" elan etməsindən sonra “Çelsi” klubu arxasında "Xüsusi insan" yazan formaları satışa çıxartmışdı. “Liverpul” isə bu formaya yeni baş məşqçisi Yurgen Kloppa istinadən arxasında "Normal insan" yazılan forma ilə cavab verib.

Qeyd edək ki, Kloppa “Liverpul”dakı ilk mətbuat konfransında Joze Mourinyonun özünü "xüsusi insan" olaraq qələmə verdiyi xatırladılmış və özünü necə adlandırmağın düz olacağı soruşulmuşdu.

Alman mütəxəssisin bu suala cavabı "normal insan" olmuşdu. Yürgen Klopp “Liverpul”un baş məqşçisi kimi ilk matçını "Tottenhem"ə qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm