İdman
Yarışlara biletləri baha satan şəxslər də cərimələnəcək - 700 manat

Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə tutulan cərimələrin miqdarında dəyişiklik edilir.
"Report" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişik olunacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan layihəyə əsasən, qaydaları pozan hüquqi şəxslərdən tutulan cərimənin miqdarı 5 000 manatdan 6 000 manatadək artırılır.
Vəzifəli şəxslərin cəriməsi isə azaldılır. Fiziki şəxslərin cəriməsi 2 000 deyil, 1 500 manat olacaq.
Dəyişiklik layihəsinə əsasən, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə fiziki şəxslər də cərimə olunacaqlar. İnzibati Xətalar Məcəlləsində ediləcək dəyişikliyə əsasən, fiziki şəxslər 700 manat cərimə ediləcəklər.
Fiziki şəxslərin cəriməyə cəlb olunması ilk dəfədir tətbiq edilir. Hazırda qüvvədə olan maddə bu sahədə qanunun tələblərini və qaydaları pozan fiziki şəxslərin cərimələnməsini nəzərdə tutmur.
Qeyd edək ki, mövcud dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının son plenar iclasında müzakirə olunacaq.

-
Dünya03:43
Bu ölkədə zabitin cinsiyyət orqanı OĞURLANDI
-
Nida Xəbər 03:13
Militarizasiya səviyyəsi ən yüksək olan bölgə - VİDEO
-
Magazin202:42
Sofi Loren xəstəxanaya yerləşdirildi
-
Qarabağ 02:12
Xankəndi ermənisi: "Sovetlər dövründə mehriban qonşu olmuşuq" - VİDEO
-
İdman00:30
Güləş millimiz tarixində ilk dəfə dünya çempionu oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi maliyyə itkiləri ola bilər
-
Qarabağ 24 Sentyabr 23:48
Ermənilər Ağdərəni belə tərk edir - VİDEO
-
Mətbəx24 Sentyabr 22:12
AĞLAMAĞI DAYANDIRIN: bundan sonra soğan göz yaşınızı axıtmayacaq