“Türkiyəni seçirəm, çünki müsəlmandırlar”
Bizi izləyin

İdman

“Türkiyəni seçirəm, çünki müsəlmandırlar”

Almaniyanın “Maynts” klubunda forma geyinən Yunus Mallı Türkiyə millisində oynamaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə yazılanlara görə, 23 yaşlı hücumçu artıq bu barədə Almaniya Futbol Federasiyası və yığmanın baş məşqçisi Yoahim Lövə də məlumat verib. Alman həmkarlarımız Mallının doğulub boya-başa çatdığı Almaniyanın yox, əslən bağlı olduğunu Türkiyəni seçməsinə əsas səbəb kimi, müsəlman olmasını göstərib.

Mallı əvvəllər Almaniyanın aşağı yaş qruplarından ibarət millilərində çıxış edib.

Xatırladaq ki, bir müddət öncə Türkiyə millisinin baş məşqçisi Fatih Terim Mallını “Ay-ulduzlular”da çıxış etməyə razı salmaq məqsədiylə Mayntsa yollanaraq, futbolçuyla şəxsən söhbət etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm