“Real” və “Mançester Siti” 1/8 finalda
Bizi izləyin

İdman

“Real” və “Mançester Siti” 1/8 finalda

Çempionlar Liqasının A, B, C və D qruplarında 4-cü tura yekun vurulub.

Publika.az xəbər verir ki, A qrupunun favoritləri PSJ və "Real" Madriddə münasibətlərinə aydınlıq gətiriblər. Bu oyunda qalib gələn tərəf 1/8 finala vəsiqə şansını bir xeyli artırmış olacaqdı. "Kral klubu" Naçonun ilk hissədə vurduğu qolla qalib gələrək, 1/8 finala vəsiqəni təmin edib.

B qrupunda isə 2-3-cü yerləri bölüşdürən "Mançester Yunayted" və ÇSKA üz-üzə gəliblər. "Old Trafford"da baş tutan oyunnda "Qırmızı şeytanlar" qalib gələrək, qrupdakı mövqeyini nisbətən düzəldiblər. Bu qrupun digər oyununda isə lider "Volfsburq" Eyndhovendə PSV-yə 0:2 hesabıyla məğlub olub.

C qrupunda Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi "Qalatasaray" səfərdə "Benfika"ya məğlub olub - 1:2. Bu komandaların İstanbulda keçirilmiş ilk oyununda "sarı-qırmızılar" qalib gəlmişdi - 2:1.

D qrupunda "Yuventus" evdə qolsuz bərabərə qaldığı Münhenqladbax "Borussiya"sının qonağı olub. Oyunda hərəyə bir dəfə fərqlənən tərəflər matçdan hərəyə bir xalla ayrılıblar. Bu qrupda keçirilmiş digər oyunda səfərdə "Sevilya"nı məğlub edən "Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib.

Çempionlar Liqası, 4-cü tur

3 noyabr

A qrupu

23:45 Şaxtyor (Ukrayna) - Malmö (İsveç) 4:0

Qladki, 29. Srna, 48. Eduardo, 55. Aleks Teyşeyra, 75.

23:45 Real (İspaniya) - PSJ (Fransa) 1:0

Naço, 35.

Real – 10, PSJ – 7, Şaxtyor – 3, Malmö – 3.

B qrupu

23:45 Mançester Yunayted (İngiltərə) - ÇSKA (Rusiya) 1:0

Runi, 79.

23:45 PSV (Hollandiya) - Volfsburq (Almaniya) 2:0

Lokadia, 56. De Yonq, 86.

Mançester Y – 7, PSV, Volfsburq – 6, ÇSKA – 4.

C qrupu

19:00 Astana (Qazaxıstan) - Atletiko (İspaniya) 0:0

23:45 Benfika (Portuqaliya) - Qalatasaray (Türkiyə) 2:1

Yonas, 52. Luizao, 67 - Podolski, 58.

Benfika – 9, Atletiko – 7, Qalatasaray – 4, Astana – 2.

D qrupu

23:45 Borussiya (Münhenqladbax, Almaniya) - Yuventus (İtaliya) 1:1

Conson, 18 - Lixtştayner, 54.

23:45 Sevilya (İspaniya) - Mançester Siti (İngiltərə) 1:3

Tremulinas, 25 - Sterlinq, 8. Fernandinyo, 11. Boni, 36.

Mançester S – 9, Yuventus – 8, Sevilya – 3, Borussiya M – 2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm