Millimizdən inanılmaz uğur: 1-ci yer, 11 qızıl medal
Bizi izləyin

İdman

Millimizdən inanılmaz uğur: 1-ci yer, 11 qızıl medal

Portuqaliyanın Maia şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, baş məşqçi Şəmsi Bayramovun rəhbərlik etdiyi komanda yarışa 21 idmançı ilə qatılıb.

Dünya çempionatında komandanın 11 üzvi - Kamil Qafarov, Ramin Rzayev, Aqşin İsmayılov, Rüstəm Musayev, Şahin Eyvazov, Kamran Əlizadə, Eldar Məmmədov, Vaqif Məmmədov, Asif Vəliyev, Müşfiq Əliyev və Aqil Hümbətov öz çəki dərəcələrində qızıl medal qazanıblar. Bundan başqa, Xaliq İsmayılov gümüş, Əbülfəz Cəfərov, Vasif Quliyev, Alik Ağayev və Ramin Hüseynov isə bürünc medala layiq görülüblər.

“Bench press” növü üzrə isə Azərbaycan idmançıları komanda hesabında birinci yerə sahib olaraq kuboku qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm