Azərbaycanlı futbolçunun maşını cərimə meydançasına aparıldı
Bizi izləyin

İdman

Azərbaycanlı futbolçunun maşını cərimə meydançasına aparıldı

Azərbaycanda daha bir idmançı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Publika.az xəbər verir ki, bu, "Rəvan" futbol klubunun kapitanı Ramazan Abbasovdur. Amma təcrübəli yarımmüdafiəçinin özü həmin idarəyə deyil, Dövlət Yol Polisi tərəfindən saxlanıldığını bildirib. O, elə qəzetə açıqlamasında çoxlu sayda ödənilməyən cərimələrini səbəb göstərib:

"Mənim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nə işim var? Sadəcə, Dövlət Yol Polisinin əməkdaşları avtomobilimi cərimə meydançasına aparıblar. Səbəb çoxlu sayda ödənilməyən cərimələr olub. Axşam saatlarında ordan-burdan pul tapıb cərimələri ödədikdən sonra maşını geri qaytardım. Cərimələrdən xəbərsiz olduğumdan, ödəməli olduğum məbləğ çox idi. Buna görə maşınım axtarışa verilmişdi".

Abbasov cərimələri qeydiyyatda olduğu və yaşadığı ünvanların fərqli olması ilə əlaqədar cərimələrdən xəbər tuta bilmədiyini əlavə edib. Onun sözlərinə görə, cərimələrlə bağlı məktubları Dövlət Yol Polisi qeydiyyatda olduğu ünvana göndərib: "Mənimsə bundan xəbərim olmayıb. Bilsəydim, vaxtında ödəyərdim".

Qeyd edək ki, Ramazan Abbasovun çıxış etdiyi "Rəvan"da bir müddətdir əmək haqqı ödənişi ilə bağlı problemlər var. (Futbol+)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm