Braziliya səfiri Azərbaycanın təşkilaçılığından danışdı
Bizi izləyin

İdman

Braziliya səfiri Azərbaycanın təşkilaçılığından danışdı

Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Alkazar Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun braziliyalı mükfatçıları ilə görüşüb. Görüş zamanı səfir uğurlu çıxışları ilə bağlı idmançıları təbrik edib və gələcək idman karyeralarında onlara uğurlar arzu edib.

Trend-in sualını cavablandıran səfir bildirib ki, idmançıların göstərdikləri nəticələrdən məmnun qalıb: "Biz idmançılarımızdan medallar gözləyirdik və onlar bizim ümidləri doğrultdular. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan idman gimnastikası üzrə Dünya Kubokunu əla təşkil edib. Sizin gözəl idman arenanız var. Tamaşaçıların bizim idmançıları qarşılaması da mənim çox xoşuma gəldi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm