Əfsanələr Las-Veqasda – Onları bir yerdə görmüşdünüz? – FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

Əfsanələr Las-Veqasda – Onları bir yerdə görmüşdünüz? – FOTOLAR/VİDEO

İndi futbolda Ronaldo - Messi dövrüdür. Bu dövrdə yaşayanlar, onların oyunlarını canlı izləyənlər özlərini xoşbəxt hesab edir. Etməlidir də. 5, 6, bəlkə də 7 ildən sonra onların da karyerası başa çatacaq. İndiki gənc nəsil gələcəkdə balacalara onların oyunlarından ağızdolusu danışacaq.

Bizə də vaxtilə Maradonadan, Peledən, Banişevskidən danışıblar. Biz də hardasa futboldan söhbət düşəndə “Yekədiş” Ronaldodan, Del Pyerodan, Rivaldodan, Nedveddən, Bekhemdən, Fiqudan, Matteusdan, Kandan, Rauldan, Stoiçkovdan, Hacıdan danışırıq.

Deku, Del Pyero, Vyeri, Kafu, Şevçenko, Donovan, Dudek, Ronald De Bur, Zambrotta – bu adlar sizə nə deyir? Bəli, təxminən 5-10 il əvvələ qədər onların oyununu izləyirdik. Onları nə vaxtsa bir yerdə görmüşdünüz?

Publika.az xəbər verir ki, Bu gün futbol əfsanələri Las-Veqasa toplaşıb. ABŞ millisinin sabiq futbolçusu Lendon Donovan və Portuqaliya millisinin canlı əfsanəsi Luiş Fiqu xeyriyyə matçı təşkil edərək dostlarını bir araya gətirib. Yekunda Donovanın dostları Fiqunun dostlarına 8:5 hesabıyla qalib gəliblər. Xeyriyyə matçında Deku Souza, Kafu, Lendon Donovan, Andrey Şevçenko, Ronald de Bur, Paolo Maldini, Pol Skoulz, Rober Pires, Luiş Fiqu, Stiv Makmanaman, Kristian Karambö, Eji Dudek, Kristian Vyeri, Patrik Klyuvert, Marko Materatsi, Miçel Salqado kimi ulduzlar iştirak edib. Komandaların heyətləriylə tanış olun:

Donovan XI: Dudek, Zambrotta, Materatsi, Maldini, Lünqberq, Şmitser, Berger, Zeedorf, Donovan, Pires, Şevçenko, York, Veri.

Fiqu XI: Osvaldo, De Bur, Karambö, Salqado, Kafu, Deku, Skoulz, Makmanaman, Fiqu, Del Pyero, Klyuvert, Fauler, Borgetti.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm