AL: Püşk ispanlarla ingilisləri üz-üzə qoydu, "Fənər"in üzü güldü (YENİLƏNİB)
Bizi izləyin

İdman

AL: Püşk ispanlarla ingilisləri üz-üzə qoydu, "Fənər"in üzü güldü (YENİLƏNİB)

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, 1/16 final səddini adlayan komandaların növbəti mərhələdəki rəqiblərinin adları məlum olub. Püşkatma İsveçrənin Nyon şəhərində keçirilib.

Əvvəlki mərhələlərdən fərqli, bu dəfə komandaların taleyini “kor püşk” müəyyənləşdirib. Belə ki, 1/8 final cütləri səbətlər və hər hansı şərtlər olmadan müəyyənləşib. Bu raundun ilk oyunları martın 10-da, cavab qarşılaşmaları 1 həftə sonra keçiriləcək.

Şaxtyor (Ukrayna – Anderlext (Belçika)

Bazel (İsveçrə) – Sevilya (İspaniya)

Vilyarreal (İspaniya) – Bayer (Almaniya)

Atletik (İspaniya) – Valensiya (İspaniya)

Liverpul (İngiltərə) – Mançester Yunayted (İngiltərə)

Sparta (Çexiya) – Latsio (İtaliya)

Borussiya D (Almaniya) – Tottenhem (İngiltərə)

Fənərbağça (Türkiyə) – Braqa (Portuqaliya)

15:57

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, 1/16 final səddini adlayan komandalar növbəti mərhələdəki rəqiblərinin adlarını biləcək.

Püşkatma İsveçrənin Nyon şəhərində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Əvvəlki mərhələlərdən fərqli, bu dəfə komandaların taleyi “kor püşk”ün əlindədir. Belə ki, 1/8 final cütləri səbətlər və hər hansı şərtlər olmadan müəyyənləşəcək. Artıq eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparanların qarşılaşması da mümkün olacaq. Bu raundun ilk oyunları martın 10-da, cavab qarşılaşmaları 1 həftə sonra keçiriləcək.

Qeyd edək ki, bu mərhələdəki 16 komanda 10 ölkəni təmsil edir. İspaniyanın 4, İngiltərənin 3, Almaniyanın 2 komandasının qaldığı qitənin ikinci dərəcəli klub turnirində daha 7 ölkənin təmsilçisi mübarizə aparır.

Avropa Liqası, 1/8 final

Atletik (İspaniya)

Sevilya (İspaniya)

Valensiya (İspaniya)

Vilyarreal (İspaniya)

Liverpul (İngiltərə)

Mançester Yunayted (İngiltərə)

Tottenhem (İngiltərə)

Borussiya D (Almaniya)

Bayer (Almaniya)

Braqa (Portuqlaiya)

Sparta (Çexiya)

Latsio (Italiya)

Şaxtyor (Ukrayna)

Fənərbaxça (Türkiyə)

Bazel (İsveçrə)

Anderlext (Belçika)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm