“Milan”da baş məşqçi dəyişikliyi baş verib
Bizi izləyin

İdman

“Milan”da baş məşqçi dəyişikliyi baş verib

İtaliyanın "Milan" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, bundan sonra komandaya Kristian Brokki rəhbərlik edəcək.

Futbolçu karyerasına Milan klubunda başlayan K.Brokki baş məşqçi kimi də doğma klubunda debüt edib. 2013-cü ildə futbolçu karyerasını bitirən 40 yaşlı mütəxəssis bir il sonra "Milan"ın gənclər komandasına baş məşqçi təyin olunub və yeni təyinatadək işini davam etdirib.

Qeyd edək ki, 2015-ci ilin yayından komandaya Sinişa Mihayloviç rəhbərlik edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm