Azərbaycan üçün tarixi uğur
Bizi izləyin

İdman

Azərbaycan üçün tarixi uğur

Dünən Azərbaycan idmanı daha bir tarixi uğura şahidlik etdi. Futzal millimiz Hollandiyayla 4:4 hesablı (ilk oyunda millimiz qalib gəlmişdi – 5:1) heç-heçə edərək, tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazandı. Tino Peresin yetirmələri Bakı İdman Sarayında ilkə imza atdı.

Publika.az xəbər verir ki, Azərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan 46-cı komanda kimi tarixə düşdü.

Sayca 8-ci olacaq yarışa qədər 43 komanda planetin ən nüfuzlu futzal turnirində iştirak edib. Daha ikisi isə millimiz kimi Kolumbiyada debüt edəcək. Bunlar Özbəkistanla Vyetnamdır. Lakin Asiya təmsilçiləri vəsiqəni daha əvvəl təmin etdiyindən millimizədək 45 komanda mundiala adını yazdırmışdı.

Yalnız 3 yığma bütün dünya çempionatlarında iştirak edib. Argentina, Braziliya və İspaniya ardıcıl 8-ci dəfə ən güclülər sırasında oynamaq hüququ əldə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm