İdman
“Qarabağ” “İnter”i məğlub edib
Aprelin 22-də futbol üzrə Topaz Premyer Liqasının 31-ci turunun ilk oyununda Ağdamın “Qarabağ” komandası “Azersun Arena”da Bakının “İnter” kollektivini 2:0 hesabı ilə məğlub edib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyunda hesab 12-ci dəqiqədə açılıb. Ağdamlıların heyətində Reynaldo fərqlənib – 1:0. İlk hissə bu hesabla başa çatıb.
Matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirən “Qarabağ” 50-ci dəqiqədə Muarem Muaremin qolu ilə hesabı 2:0-a çatdırıb. İkinci hissədə yadda qalan digər məqam qonaqların heyətində Fuad Bayramovun 75-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk etməsi olub. Qalan vaxtda qapılara qol vurulmayıb və matç bu hesabla başa çatıb.
Bu oyundan sonra xallarının sayını 72-yə çatdıran “Qarabağ” çempionluğa doğru daha bir inamlı addım atıb. “İnter” isə 49 xalla üçüncü sırada qərarlaşıb.
Topaz Premyer Liqasının 31-ci turunun digər qarşılaşmaları aprelin 23-də və 24-də oynanılacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR