İdman
“Atletiko” finalda - VİDEO (YENİLƏNİB)
Dünyanın diqqəti İngiltərədə, daha doğrusu “Lester”in nağılabənzər çempionluğunda olsa da, artıq Çempionlar Liqasından danışmaq vaxtıdır. Bu gün qitənin ən nüfuzlu klub turnirində yarımfinalın cavab oyunlarından biri keçiriləcək.
Publika.az xəbər verir ki, Almaniyada "Bavariya" İspaniya "Atletiko"sunu qəbul edəcək. Bakı vaxtı ilə saat 22:45-də "Alyans Arena"da baş tutacaq qarşılaşmanı türkiyəli referi Cüneyt Çakır idarə edəcək.
Bu komandalar arasında ötən həftə keçirilmiş ilk qarşılaşmada "Atletiko" minimal hesabla qalib gəlmişdi - 1:0. Cavab oyununda qonaqları istənilən hesablı heç-heçə qane edir. Meydan sahibləri isə finala yüksəlmək üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir.
"Bavariya" bu mövsüm Çempionlar Liqasında bütün 5 ev oyununda qalib gəlib və üst-üstə 19 qol vurub. Lakin 1/8 finalda Xosep Qvardiolanın baş məşqçi olduğu komanda İtaliya "Yuventus"u ilə həm ev, həm də səfər oyunlarında qapısından 2 top buraxıb. 1/4 finalda Portuqaliya "Benfika"sı ilə görüşlərdə isə səfərdə 2:2 hesablı heç-heçə edən münhenlilər evdə minimal hesabla qalib gəliblər - 1:0.
"Atletiko" isə 1/8 finalda qolsuz başa çatan hər iki oyunda Hollandiya PSV-sini penaltilər seriyasında üstələyib. 1/4 finalda Dieqo Simeonenin komandası "Barselona"dan 1:2 hesablı səfər məğlubiyyətinin əvəzini evdə artıqlaması ilə çıxıb - 2:0.
"Bavariya" 2013-cü ildə Çempionlar Liqasını qazansa da, sonrakı 2 mövsümdə yarımfinalda məhz İspaniya klubları "Real Madrid" (0:1, 0:4) və "Barselona"ya (0:3, 3:2) uduzub. Hər iki halda Qvardiolanın komandası ilk görüşdəki məğlubiyyətin əvəzini çıxa bilməyib, uduzduğu komandalar isə Çempionlar Liqasının qalibi olub.
Çempionlar Liqası, 1/2 final, cavab görüşü
23:45 Bavariya (Almaniya) - Atletiko (İspaniya) 1:1
Xabi Alonso, 31. Levandovski, 74 - Qrizmann, 54.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Münhen. "Alyans Arena"
İlk oyun - 0:1
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO