Fransada rusların qaldığı otelə basqın - FOTO
Bizi izləyin

İdman

Fransada rusların qaldığı otelə basqın - FOTO

Avropa çempionatında yaşanan azarkeş qarşıdurmaları yerli hökumət rəhbərliyini narahat edir.

Publika.az xəbər verir ki, əvvəlkindən ikiqat məsuliyyətlə işləyən Fransa polisi bu gün rusiyalı azarkeşlərin qaldığı otellərdən birinə silahlı basqın edib. Bu barədə Ümumrusiya Azarkeşlər Birliyinin (ÜAB) rəhbəri Aleksandr Şprıqin şəxsi “Twitter” hesabında yazıb: “ÜAB-ın qaldığı otelə əli silahlı 40 polis gəldi, nömrələrə soxuldular, sənədləşmə apardılar və hamının şəklini çəkdilər”.

Xatırladaq ki, UEFA azarkeşlərinin növbəti dəfə zorakılıq edəcəyi təqdirdə Rusiya və İngiltərəni turnirdən kənarlaşdırmaqla hədələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm