Avropa Liqası: Hakimlər məlum oldu
Bizi izləyin

İdman

Avropa Liqası: Hakimlər məlum oldu

Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” və “Neftçi”nin cavab oyunları üçün hakimlərin adları açıqlanıb.

Publika.az xəbər verir ki, “Samtredia” (Gürcüstan) – “Qəbələ” oyununu Yunanıstandan olan hakimlər idarə edəcək. Maçtın baş hakimi Georgios Kizas olacaq.

"Neftçi" və Maltanın "Baltsan" komandaları arasında keçiriləcək oyunda isə ukraynalı hakimlər briqadası iş başında olacaq.

Avropa Liqası. I təsnifat mərhələsi, cavab oyunu

7 iyul

19:00 Samtredia (Gürcüstan) - Qəbələ (Azərbaycan)

Baş hakim: Georgios Kizas (Yunanıstan)

Zestafoni. David Abaşidze adına stadion

20:00 Neftçi (Azərbaycan) - Baltsan (Malta)

Baş hakim: Yaroslav Kozık (Ukrayna)

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda "Qəbələ" 5:1 hesabı ilə qələbə qazanıb. "Neftçi" isə ilk oyunda səfərdə 2:0 hesablı qələbəyə sevinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm