AÇ-2016: Fransa millisi dopinqdən istifadə edib! - FOTO/VİDEO
Bizi izləyin

İdman

AÇ-2016: Fransa millisi dopinqdən istifadə edib! - FOTO/VİDEO

Almaniyanın məşhur “Bild” nəşri Fransa millisinin futbolçularının Avropa çempionatında dopinqdən istifadə etdiyi haqda xəbər yayıb.

Publika.az xəbər verir ki, fransızlar Almaniya ilə yarımfinal oyunu ərəfəsində tərkibində enerji artıran maddələr olan “Guronsan” preparatı qəbul ediblər.

Almaniya – Fransa oyunu başa çatandan sonra mətbuat nümayəndələrinə meydan sahibi komandanın paltardəyişmə otağından reportaj hazırlamağa icazə verilib. Elə bu əsnada jurnalistlər zibil qutusunda “Guronsan” preparatının qutusunu görüb.

Bu dərmanın insan bədənində enerjini və dözümlülüyü artırdığı iddia edilir. Fikirləri öyrənilən alman professor Frits Sorqel də iddiaları təsdiqləyib: “Futbolçuya əlavə güc və ya enerji verən hər şey qadağandır. Bu maddələr dopinq kimi təsirlidir. Guronsan da dopinq sayıla bilər”.

Maraqlıdır ki, Guronsan maddəsi WADA-nın (Dünya Dopinq Agentliyi) dopinq siyahısında yer almır.

Xatırladaq ki, Fransa AÇ-2016-nın yarımfinalında Almaniyanı 2:0 hesabıyla məğlub etmişdi. Almaniya mətbuatı hər iki qolun müəllifi Qrizmannın da Guronsan içən futbolçular arasında olduğunu iddia edib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm