Rusiyanı qarışdıran norveçli izahat verdi
Bizi izləyin

İdman

Rusiyanı qarışdıran norveçli izahat verdi

Rusiyanı qarışdıran norveçli izahat verdi

Rusiyanın “Zenit” klubunun keçmiş futbolçusu, norveçli Erik Hagen UEFA-ya izahat verib. Publika.az xəbər verir ki, Hagen Cenevrəyə gedərək UEFA rəsmiləri ilə görüşüb.

Xatırladaq ki, norveçli futbolçu mətbuata verdiyi açıqlamada “Zenit”in oyunçularının UEFA kuboku qarşılaşmasından əvvəl hakimə rüşvət verdiyini bildirmişdi.

Hagenin UEFA rəsmiləri ilə görüşünün detalları açıqlanmır. Ali futbol qurumunun kommunikasiya direktoru Sveyn Qraff bildirib ki, nə futbolçu, nə də Norveç Futbol Federasiyası görüşlə bağlı mətbuata hər hansı bilgi vermək hüququna sahib deyil.

Qeyd edək ki, Hagen “Zenit”də 2005-2008-ci illərdə çıxış edib. O, bu komandanın heyətində UEFA kubokunu (2008) və Rusiya çempionluğunu (2007) qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm