İdman
Rioda daha bir gümüş qazandıq
Azərbaycan yığması Rio-2016 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Avarçəkmə yarışında mübarizə aparan Valentin Demyanenko millimizin aktivinə gümüş mükafat qazandırıb.
Avropa çempionumuz 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə sürətini yoxlayıb. Milliləşdirilmiş legionerimiz finalda Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Yuri Çeban (Ukrayna), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) yarışıb.
Həlledici mərhələ Yuri Çebanın qələbəsi ilə başa çatıb. O, finiş xəttini yeni Olimpiya rekordu - 39,279 saniyəyə qət edib. Həmyerlisindən 0,214 saniyə geri qalan kanoeçimiz gümüş medalla kifayətlənib. İlk "üçlüy"ü isə 39,628 saniyəlik göstərici ilə İsak Keyroş Dos Santos (Braziliya) tamamlayıb. (apa)
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq