Ərdoğan Ardaya görə Fatih Terimi...
Bizi izləyin

İdman

Ərdoğan Ardaya görə Fatih Terimi...

Prezident Rəcəb Tayyib Ərdoğan futbol üzrə Türkiyə milli komandasını futbolçularını, habelə baş məşqçi Fatih Terimi və Futbol Federasiyası Prezidenti Yıldırım Dəmirörəni qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fatih Terimə Arda Turanın komandaya lazım olduğunu deyən prezident baş məşqçidən Arda ilə bağlı qərarına yenidən nəzər salmasını xahiş edib. Ardaya da xəbərdarlıq edən Ərdoğan futbolçuya bu müddətdə sakit davranmağı məsləhət görüb.

Türkiyə prezidentinin bu xahişindən sonra Fatih Terimin Türkiyənin oktyabrda Ukrayna və İslandiya milliləri ilə oyunlara Arda Turanı da dəvət edəcəyi gözlənilir.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm