SON DƏQİQƏ: Azərbaycan Paralimpiya lisenziyalarından rəsmən imtina etdi
Bizi izləyin

İdman

SON DƏQİQƏ: Azərbaycan Paralimpiya lisenziyalarından rəsmən imtina etdi

İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və idman nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmamış və lisenziyalar qəbul edilməmişdir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Publika.az-a verdiyi məlumata görə, Paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıb.

Xatırladaq ki, Rio-2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız, 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm