Baş katib rüşvətxorluqda günahlandırılan federasiya rəhbərini dəstəklədi
Bizi izləyin

İdman

Baş katib rüşvətxorluqda günahlandırılan federasiya rəhbərini dəstəklədi

Son illər adı rüşvət qalmaqallarında hallanan və bu üzdən prezident postunda fövqəladə dəyişikliklərə gedən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) yenə gündəmə gəlib.

Publika.az xəbər verir ki, ali futbol qurumu bu dəfə Syerra-Leone Futbol Assosiasiyasının (SLFA) rəhbəri İşu Yohansenə dəstək çıxıb. Yohansen ölkəsində maliyyə maxinasiyalarında və korrupsiyada ittiham olunaraq həbs edilib. Federasiya rəhbəri və başqa iki futbol məmuru sentyabrın 8-də Syerra-Leone Antikorrupsiya Komissiyasının müstəntiqləri tərəfindən saxlanılıb. Komitə rəhbəri məmurların federasiyanın maliyyə hesabatını təqdim etmədikləri üçün həbs olunduğunu bildirib. İstintaq FIFA tərəfindən SLFA-nın inkişafına ayrılan qrantla bağlı olub.

Ali futbol qurumunun baş katibi Fatima Samura isə Yohanseni dəstəkləyib. O, ölkə rəhbərliyinin qanuni qrantın hara xərclənməsinə şübhəylə yanaşmasına ciddi səbəb görmədiyini açıqlayıb. Xanım Samura Syerra-Leonenin İdman Nazirliyini və Antikorrupsiya Komissiyasını federasiyanın işinə müdaxilə etməməyə çağırıb. Baş katib yaxın vaxtlarda vəziyyətlə yerində tanış olmaq üçün Syerra-Leoneyə səfər edəcəyini vurğulayıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm