“Fənərbağça”nın stadionunu qana bulayacaqdılar – ŞOK İDDİA
Bizi izləyin

İdman

“Fənərbağça”nın stadionunu qana bulayacaqdılar – ŞOK İDDİA

“Fənərbağça”nın ev oyunlarını keçirdiyi “Şükrü Saracoğlu” stadionunda terror hadisəsi törətməyə hazırlaşan 3 nəfər yaxalanıb.

Publika.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti xəbər yayıb. “Kasımpaşa”nın “Recep Tayyib Erdoğan” stadionunda da gizlənən terrorçuların ünvanlarında müxtəlif silahlar, raket başlıqları tapılıb.

Uzun müddətdir hazırlıq aparan terrorçuların İstanbulun müxtəlif yerlərində partlayış törətmək planı boşa çıxıb. Tutulanlar terror planlarını etiraf ediblər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm