49 ölkə İslam oyunlarında iştirakını təsdiqlədi
Bizi izləyin

İdman

49 ölkə İslam oyunlarında iştirakını təsdiqlədi

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.

İclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İHİF- in 1-ci vitse-prezidenti, Əlaqələndirmə komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak ediblər.

IV İslam Həmrəyliyi oyunları Koordinasiya komissiyasının İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum ilk olaraq Azərbaycan Hökumətinin IV İslam Həmrəyliyi oyunlarının hazırlıq prosesinə ciddi yanaşdığını və bu istiqamətdə işlərin yüksək səviyyədə aparıldığını bildirib: “Bu gün Koordinasiya Komissiyasının 4-cü iclasında biz 2017-ci ildə bütün İslam dünyasını özünə cəlb edəcək IV İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesinin yüksək templə getdiyinin şahidi olduq. Növbəti, oyunlara 6 ay qaldığı müddət ərzində əminəm ki, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlığı daha sıx şəkildə davam etdirəcəyik”.

IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov isə öz çıxışında hazırlıq prosesi haqqında danışıb: “12 may 2017-ci ildə Bakıda baş tutacaq IV İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb və təbii ki, bu müddət ərzində görülməli işlər çoxdur. Lakin sevinirəm ki, ötən vaxt ərzində hazırlıq prosesi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyalarından müsbət rəylər almışıq”.

Nazir çıxışında qeyd edib ki, 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək Azərbaycanın tarixində başqa bir mühüm mərhələ olmaqla bərabər, eyni zamanda islam dünyası xalqlarını idmanı bayram kimi qeyd etməyə ilhamlandıracaq.

A.Rəhimov bildirib ki, 4-cü iclasda vacib məsələlər həll olunub. O, Təşkilat Komitəsi və işçilərinin artıq işlərinin başında olduğunu və bütün departamentlərdə işlərin getdiyini bildirib: "Bildiyimiz kimi 16 idman qurğusunda yarışlar keçiriləcək. Nəqliyyat, qidalanma və digər məsələlərdə dost Olimpiya Komitələri ilə geniş iş aparılır. Artıq 49 olimpiya komitəsi öz iştirakını təsdiqləyib. Ən vacib məsələ yarış cədvəlinin hazırlanmasıdır. Bu da idmançıları sayından asılıdır. Düşünürük ki, ən azı 3 - 3.5 min idmançı yarışlara qatılacaq. Lakin onların tərkibi, hansı idmançıların gələcəyi hələ dəqiq deyil. Bundan sonra akkreditasiya məsələləri həll olunacaq. Bununla biz Azərbaycanı, İslam həmrəyliyini dünyaya çatdırmaq istəyirik. Əməliyyat Komitəsində 500-ə yaxın mütəxəssis işləyir və işlər aparılır”.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm