ACI HƏYAT: Məşhur futbolçunun anası dilənçilik edir - - FOTO
Bizi izləyin

İdman

ACI HƏYAT: Məşhur futbolçunun anası dilənçilik edir - - FOTO

“Oğlum mənə baxmır. O, məni dilənməyə məcbur edir”.

İngiltərənin "Mançester Siti" klubunun ispaniyalı hücumçusu Nolito həftədə 100 min funt sterlinq qazansa da, anasına kömək etmir.

Publika.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Nolitonun anası 20 ildir narkotik asılılığından əziyyət çəkir. Rosiya Aquda Dyuran oğlunun yaxşı pul qazanmasına baxmayaraq, ona kömək etmədiyini, dilənməyə və çirkab içində yaşamağa məcbur olduğunu bildirib:

“Oğlum mənə baxmır. O, məni dilənməyə məcbur edir”.

Nolito isə bildirib ki, o, nənəsinin və babasının himayəsində böyüyüb, anası onu ancaq pul lazım olanda yada salır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm