İdman
Taekvondoçularımız dünya çempionatına yollanır - - FOTO
16-20 noyabr tarixlərində gənc taekvondoçular arasında dunya birinciliyi keçiriləcək. Kandanın Burnabi şəhərində təşkil edilən birinciliyə gənc millimiz də qatılacaq.
Publika.az xəbər verir ki, “Serbia Open” turnirindən uğurlu nəticə ilə dönən gənclərdən ibarət milli komandamız, qısa təlim-məşqlərin ardından Kanadaya yollanır. 102 ölkədən 846 gənc taekvondoçunun mübarizə aparcağı yarışda gənc millimiz 8 oğlan və 6 qız idmançı ilə təmsil olunacaq.
Baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov bu mundialda oğlanlardan 45 kq çəki dərəcəsində Ayaz Qəmbərli, Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıliyevaya (55 kq) güvənib. 4 gün davam edəcək gənclər arasında dünya birinciliyi Burnabi şəhərinin “Bill Copeland” idman arenasında keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə bu gecə Kanadaya yollanan komandamiz 21 noyabr tarixində vətənə dönəcək.
Pərviz Hikmət
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR