Ronaldonun bu VİDEOSU İLK DƏFƏ ORTAYA ÇIXDI
Bizi izləyin

İdman

Ronaldonun bu VİDEOSU İLK DƏFƏ ORTAYA ÇIXDI

İspaniyanın “Real” futbol klubu və Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldonun Avropa çempionatının final oyunundan sonra nitqinin videoyazısı çıxıb.

Publika.az xəbər verir ki, videoçarx “Twitter”də “selecaoportugal” hesabında yerləşdirilib.

Hücumçu nitqində bildirib ki, Çempionlar Liqası və ölkə çempionatlarında qazandığı bütün fərdi mükafatlar və qələbələr Avropo çempionatında qazanılan qələbəyə bərabər ola bilməz. O, milli komandanın baş məşqçisi Fernandu Santuşa, həmçinin komandanın bütün üzvlərinə təşəkkür edib.

Xatırladaq ki, Portuqaliya yığması bu ilin yayında Fransada keçirilən çempionatın finalında ev sahiblərini 1:0 hesabı ilə məğlub edərək turnirin baş mükafatını qazanır. Qələbə topunu oyunun 109-cu dəqiqəsində Eder vurur. Ponaldonun özü isə oyunun 25-ci dəqiqəsində zədələnərək Rikardo Quaresma ilə əvəzlənir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm