Ona da xəbərdarlıq edildi: SİYASƏTƏ QARIŞMA!
Bizi izləyin

İdman

Ona da xəbərdarlıq edildi: SİYASƏTƏ QARIŞMA!

Ona da xəbərdarlıq edildi.

Leverkuzen “Bayer”i türkiyəli futbolçusu Hakan Çalhanoğluna xəbərdarlıq edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin ölkəsində keçiriləcək referendumda prezident üsul-idarəsinə “hə” deyəcəyini açıqlaması səbəb olub. Belə ki, Çalhanoğlu bir müddət öncə sabiq futbolçu Rıdvan Dilmənin başlatdığı referendumda “hə” deyilməsiylə bağlı kompaniyanı dəstəkləmişdi.

Bununla bağlı Leverkuzen klubunun mətbuat xidmətinin rəhbəri Dirk Mesk yerli mətbuata açıqlamasında futbolçuyla danışdıqlarını və ondan gələcəkdə siyasi məsələlərlə bağlı fikir bildirməməyi xəbərdar etdiklərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm