ÇL, 1/8 final: "Yuventus" və "Sevilya" proqnozları doğrultdu - - VİDEO
Bizi izləyin

İdman

ÇL, 1/8 final: "Yuventus" və "Sevilya" proqnozları doğrultdu - - VİDEO

Bu gün Çempionlar Liqasında daha iki oyun keçiriləcək.

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Publika.az xəbər verir ki, son 2 matç favoritlərin qələbələri ilə nəticələnib.

"Yuventus" "Portu"nu onun meydanında 2-ci hissədə 4 dəqiqəyə vurduğu 2 qolla məğlub edib. "Portu"nun braziliyalı sol cinah müdafiəçisi Aleks Telles 2 dəqiqəyə 2 sarı vərəqə alaraq komandasını azlıqda qoyub.

"Sevilya" isə evdə turnirin debütantı "Lester"i minimal fərqlə yenib. Qələbə topunun müəllifi oyunda penalti qaçıran futbolçu Xoakin Korrea olub. İngiltərə çempionunun bombardiri Ceymi Vardinin hesab arasındakı fərqi azaltması cavab matçına böyük ümid verib. Çünki "Lester"ə cütün qalibi olmaq üçün öz meydanında 1:0 hesablı qələbə də yetərlidir.

Çempionlar Liqası. 1/8 final mərhələsi, ilk oyunlar

22 fevral

23:45 "Portu” (Portuqaliya) – "Yuventus” (İtaliya) - 0:2

Qollar: Marko Pyasa, 72, Dani Alves, 74.

Qırmızı vərəqə: Aleks Telles, 27 ("Portu", ikinci sarı)

23:45 "Sevilya” (İspaniya) - "Lester” (İngiltərə) - 2:1

Qollar: Pablo Sarabya, 25, Xoakin Korrea, 62 - Ceymi Vardi, 73

13-cü dəqiqədə Xoakin Korrea ("Sevilya") penaltidən dəqiq istifadə edə bilməyib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm