İdman
“Qarabağ”ı yarıyolda qoyan kimdir? - Rəsmi açıqlama
"Qarabağ" "İnter" üzərində inamlı qələbə (4:1) qazanaraq 21 ildən sonra çempion oldu. Deyəsən komandanın sevinci çox çəkməyib. Belə ki, mətbuatda yayılan xəbərlər görə, Admir Teli artıq "Skenderbeu" klubuyla razılığa gəlib.
İddialara görə, alban futbolçu yay transfer pəncərəsi açılan kimi öz ölkəsinin klubuyla rəsmi müqavilə imzalayacaq.
Bu iddiaların nə qədər əsaslı olduğunu öyrənmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Publika.Az-a danışan klub rəsmisi xəbərin əsassız olduğunu bildirdi:
“Bu xəbər tamamilə əsassızdır. Haradan qaynaqlandığından da xəbərimiz yoxdur. Admir Telinin müqaviləsi mövsümün sonunda başa çatacaq, Lakin bu o demək deyil ki, o başqa bir klubla razılaşıb və ya müqavilə imzalayıb. O, əsl peşəkardı. Admir klubdan xəbərsiz belə bir iş tutacaq insan da deyil".
Daha sonra Nurlan İbrahimov yenilənəcək müqavilələrdən də danışdı:
“Biz qış transfer pəncərəsi açıldığı zaman təkcə gənc futbolçu Qara Qarayevlə müqavilə yeniləmişik. Çünki igər futbolçularımçızla müqavilələrimiz hələ bitməmişdi. Sırf çempionata köklənmişdik. İndi yəqin ki, mövsüm sonunda onlarla danışıqlar aparılacaq”.
Aygün İlqarqızı
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO