İngiltərədə qovhaqovdu
Bizi izləyin

İdman

İngiltərədə qovhaqovdu

İngiltərədə qovhaqovdu

“Tottenhem” Tim Şervudla yolları ayırıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb: “Biz mövsümün ortasında Timi komadaya dəvət edərkən futbolçuların onu tanımasını əsas götürmüşdük. Onunla 18 aylıq müqavilə bağlamışdıq. Ancaq mövsümün sonunda müqaviləyə xitam vermək üçün ora əlavə bənd də salmışdıq. Biz indi bu bənddən yararlanaraq Timlə ayrılmaq qərarı verdik. Klub adından ona gördüyü işlərə görə təşəkkür edirik”.

Qeyd edək ki, Şervud dekabr ayında “Tottenhem”də Andre Billaş-Boaşı əvəzləmişdi. Onun yerinə əsas namizəd kimi “Ayaks”da çalışan Frank de Bur göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm