Mançester derbisində qol səsi çıxmadı
Bizi izləyin

İdman

Mançester derbisində qol səsi çıxmadı

Maruan Fellayni meydandan qovulub.

İngiltərə çempionatının 26-cı turunun təxirə salınmış ev oyununda "Mançester Siti" "Mançester Yunayted"lə üz-üzə gəlib. Qarşılaşmada qapılara top vurulmayıb.

Publika.az xəbər verir ki, matçın 84-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Maruan Fellayni 19 saniyə ərzində iki sarı vərəqə alaraq meydandan qovulub.

Hazırda "Mançester Siti" turnir cədvəlində 65 xal ilə 4-cü yerdə gedir, "Mançester Yunayted" 64 xal ilə bir pillə aşağıda qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm