Ölümə səbəb olan PREPARATLAR - Məşhur bodibildinqçilərin ACI AQİBƏTİ - - FOTOLAR
Bizi izləyin

İdman

Ölümə səbəb olan PREPARATLAR - Məşhur bodibildinqçilərin ACI AQİBƏTİ - - FOTOLAR

Normaları gözləmədən qəbul edilən dərmanlar və proqramsız şəkildə məşqlər faciəylə nəticələnə bilir.

Dünyada fitnes ilə məşğul olan insanların əksəriyyəti xüsusi dərman preparatları qəbul edirlər ki, bu da onların sağlamlığı üçün ciddi təhlükədir. Normaları gözləmədən qəbul edilən dərmanlar və proqramsız şəkildə məşqlər faciəylə nəticələnə bilir.

Publika.az xəbər verir ki, idmançıların və bodibildinqçilərin istifadə etdiyi dərman preparatları sonradan ölümlə nəticələnir.

1. Arlindo de Souza. Braziliyalı bodibildinq yarışlarında ölkəsinə ən çox qalibiyyət qazandıran idmançı olub. 43 il idman zallarında məşq edən idmançının qol əzələlərinin eni nə az, nə çox, 73 santimetrə çatıb. İdmançı yaranan vəziyyətdən şikayətçi olaraq əzələlərində cərrahi əməliyyat keçirib.

2. Ronni Dina Koulmen. Daha çox "Mister Olimpiya" kimi məşhur olan idmançı beynəlxalq səviyyədə keçirilən bodibildinq və fitnes yarışlarında ard-arda 26 qələbə qazanıb. Bütün dövrün ən yaxşı bodibildinqçilərindən olan Ronninin qəbul etdiyi preparatlar sinəsinin həddən artıq şişməsi və tənəffüs sisteminə mane olmasına səbəb olub.

3. Markus Ryul. Bu insan dünyaca məşhur bodibildinqçilər içərisində ən geniş çiyinli və ən güclü kişilərdən biri kimi tanınır. Coni Cekson və Ronni Koulmenlə müqayisə edilən idmançı geyim seçməkdə çətinlik çəkir. Onun bədən quruluşu tamamilə formasını itirib.

4. Kendis Armstronq. Bu qadının 28 yaşı var. Onu "Hulk"-un qadın forması adlandırırlar. İdman qidalanmasının anabolik steroidlərlə heç bir əlaqəsinin olmadığını deyən Kendis bədənin hazırki formasından razıdır. Bədən quruluşu kənardan onun qadın olduğuna dair heç bir işarə vermir.

5. Coalho. Braziliyalı idmançı qəbul etdiyi dərman preparatları sayəsində nə az, nə çox, düz 90 santimetr enində, ikibaşlı əzələlərə sahib olub. Yaşadığı regionun bodibildinqçiləri arasında birinci olan Coalho 2010-cu ildə motosiklet qəzasına düşür. Hadisə zamanı sağ qolunda əzələ (biseps) partlaması nəticəsində orqanizmə yayılan zəhərli maddə onun ölümünə səbəb olub.

6. Qreq Valentino. Böyük bisepslər əksər kişilərin ən çox arzuladığıdır. Kişilər daha çox əzələ kütləsini artırmaq üçün məşq edir. Dünyada ən böyük bisepslər haqqında rəsmi hesabatda ilk onluqda olan Qreq də, Coalho kimi təxminən 90 santimetrə yaxın bisepslərə sahib olub. Qreq əzələ partlaması ilə həkimlərə müraciət edib. Əməliyyat nəticəsində onun əzələsinə nə az, nə çox, 15 tikiş atılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm