"Zirə" vahid lider oldu
Bizi izləyin

İdman

"Zirə" vahid lider oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, çempionatın lideri "Zirə" "Sumqayıt"ı qəbul edib.

Zirə Olimpiya Kompleksinin meydanında keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 52-ci dəqiqədə Riçard Qadze açıb. 61 və 78-ci dəqiqələrdə isə Vüsal İsgəndərli "dubl" edib. "Sumqayıt" bu qollara 88-ci dəqiqədə cavab verib. 88-ci dəqiqədə "Zirə"nin legioneri Jozef Bum topu öz qapısına göndərib.

Bu qələbə sayəsində xallarını 9-a çatdıran "Zirə" vahid liderə çevrilib. "Sumqayıt" isə 3 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" "Kəpəz"lə qolsuz heç-heçə edib, "İnter" "Səbail"i yenib - 1:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm