İdman
Diniyev oğlunun hərəkətinə görə üzr istədi
Millimizin keçmiş baş məşqçisi Şahin Diniyevin oğlu Coşqun Diniyevin sosial şəbəkədə paylaşdığı şəkillər mətbuatda yayılıb.
Publika.az xəbər verir ki, “Futbol+” qəzeti futbolçunun evdə və maşında çəkilmiş şəkillərinin altında yazdığı şərhləri əsas götürərək Coşqun Diniyevi intizamsızlıqda və tərbiyəsizlikdə ittiham edib.
Coşqun Diniyev bir şəkildə əlində xeyli pul tutub. O, yazdığı şərhdə pulu hara xərcləyəcəyini də qeyd edib: “Qəlyana gedirəm”
Bir şəkildə isə Coşqun Diniyev YPX-dən gələn xəbərdarlıq məktubunu paylaşıb. Bu məktubdan görünür ki, Coşqun maşını sürətlə idarə etdiyi üçün cərimə olunub.
Oğlunun “instagram”da paylaşdıqlarına münasibət bildirməsi üçün Şahin Diniyevin özü ilə əlaqə saxladıq. Publika.az-a danışan Ş.Diniyev məsələdən xəbərsiz olduğunu dedi:“Siz dediniz, mən özüm xəcalət çəkdim. Paylaşdıqlarından xəbərim yox idi. Amma gəncdir, səhv edib. İndi özü burada deyil. Özüm onunla söhbət edəcəm. Əslində, onun qəlyan çəkmədiyinə əminəm. Yəqin ki, dostları ilə zarafat etmək istəyib.
Kiminsə xətrinə dəyibsə, oğlumun əvəzindən mən üzr istəyirəm. Çalışarıq bu, bir daha təkrarlanmasın”.
Aygün İlqarqızı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ