AÇ-2017-nin rəmzi yığması - Azərbaycanlı da var
Bizi izləyin

İdman

AÇ-2017-nin rəmzi yığması - Azərbaycanlı da var

Bakıda keçirilən Avropa çempionatının ən yaxşılarının adları açıqlanıb.

Publika.az xəbər verir ki, müxtəlif oyunçulardan qurulmuş simvolik yığmada Azərbaycan millisinin üzvü də yer alıb.

Belə ki, çempionatın ən yaxşı liberosu millimizin voleybolçusu Valeriya Məmmədova seçilib. Ən yaxşı hücumçular Brankiça Mixayloviç (Serbiya), Löneke Slotyes və Anne Bayiş (hər ikisi Hollandiya), blokçular Eda Dündar (Türkiyə), Stefana Velyikoviç (Serbiya), toppaylayıcı isə Laura Diykema (Hollandiya) olub.

Qeyd edək ki, millimiz çempionatı 4-cü pillədə başa vurub. (apasport)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm