İdman
Almaniya və İngiltərə DÇ-2018-də - - VİDEO

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə IX tura start verilib.
"Report" xəbər verir ki, ilk oyun günündə C, E və F qruplarında yer alan kollektivlər üz-üzə gəliblər.
Azərbaycan yığması Çexiyaya 1:2 hesabı ilə uduzduqdan sonra 3-cü pillədəki mövqeyini itirib. Əvəzində Çexiya bu mövqeni ələ keçirib. Norveç isə səfərdə San-Marinonu 8:0 hesabı ilə yenərək, 4-cü pilləyə yüksəlib.
Final mərhələsinə vəsiqələrə isə Almaniya və İngiltərə milliləri yiyələnib. Bundestim ardıcıl 9-cu qələbəsini səfərdə Şimali İrlandiya üzərində qazanıb. İngiltərə uzatma dəqiqələrində Sloveniyanı yenməyi bacarıb. Polşa isə Ermənistanı darmadağın etdikdən sonra final mərhələsinə xeyli yaxınlaşıb.
Beləliklə, DÇ-2018-ə vəsiqələrin sayı 10-a çatıb. Daha əvvəl təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Belçika yığmaları bu hüquqa yiyələnib.
2018-ci il dünya çempionatının seçmə mərhələsi, IX tur
5 oktyabr
C qrupu
20:00. Azərbaycan – Çexiya - 1:2
Qollar: Əfran İsmayılov, 55-penalti ilə - Yan Kopits, 35. Antonin Barak, 66
22:45. Şimali İrlandiya – Almaniya - 1:3
Qollar: Coş Magennis, 90+3 - Sebastyan Rudi, 2. Sandro Vaqner, 21. Coşua Kimmix, 86
22:45. San Marino - Norveç - 0:8
Qollar: Markus Henriksen, 8. Coşua Kinq, 15-penalti ilə; 17. Mohamed Elyunussi, 40; 48; 69. Ole Selnes, 59. Martin Linnes, 87
Xal durumu: Almaniya - 27, Şimali İrlandiya - 19, Çexiya - 12, Norveç - 10, Azərbaycan - 10, San Marino - 0.
E qrupu
20:00. Ermənistan – Polşa - 1:6
Qollar: Hovannes Hambartsumyan, 39 - Kamil Qrositski, 2. Robert Levandovski, 18; 25; 64. Yakub Blaşikovski, 58. Rafal Volski, 89
22:45. Monteneqro - Danimarka - 0:1
Qol: Kristian Eriksen, 16
22:45. Rumıniya - Qazaxıstan - 3:1
Qollar: Kristian Budesku, 33; 38-penalti ilə. Klaudiu Keşerü, 73 - Baurjan Turısbek, 82
Xal durumu: Polşa - 22, Danimarka - 19, Monteneqro - 16, Rumıniya - 12, Ermənistan - 6, Qazaxıstan - 2.
F qrupu
22:45. İngiltərə - Sloveniya - 1:0
Qol: Harri Keyn, 90+4
22:45. Şotlandiya – Slovakiya - 1:0
Qol: Kris Martin, 89
22:45. Malta - Litva - 1:1
Qollar: Andrey Agius, 23 - Vikintas Slivka, 53
Xal durumu: İngiltərə - 23, Şotlandiya - 17, Slovakiya - 15, Sloveniya - 14, Litva - 6, Malta - 1.

-
Avropa02:19
İspaniyada AES-lərin fəaliyyəti dayandırıldı
-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi