Panama millisini Dünya Kubokuna futbolçular deyil, azarkeş nənə və uşaq çıxardı - VİDEO
Bizi izləyin

İdman

Panama millisini Dünya Kubokuna futbolçular deyil, azarkeş nənə və uşaq çıxardı - VİDEO

Panama Dünya Kuboku çərçivəsində Kosta-Rika millisini 2-1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Dünya Kubokuna çıxıb.

Publika.az xəbər verir ki, Panamanı Dünya Kubokuna çıxaran isə futbolçular deyil, bir azarkeş nənə olub.

Matçın son anlarında Kosta-Rika komandası hücuma keçib. Bunu görən azarkeş nənə də meydançaya daxil olaraq hücuma mane olub. Həmin anda oyun saxlanılıb və Kosta-Rikanın yaratdığı hücum pozisiyası da boşa gedib.

Qol təhlükəsini əngəlləməyi bacaran nənə bir müddət təhlükəsizlik xidməti işçiləri ilə qaçdı-tutdudan sonra saxlanılıb. Polislər nənəni yerə uzadaraq əllərini qandallayıb. Nənənin bu hərəkəti panamalı azarkeşlərin alqışı ilə qarşılanıb.

Matçda yaşanan digər hadisə isə panamalı uşaqla bağlı olub. O, Kosta-Rika komandasının standart vəziyyətdən top daxil etməsinə mane olmaq üçün topu oğurlayıb və tribunaya atıb.

Dünya Kubokuna qatılmaq üçün futbolçulardan daha çox mübarizə aparan panamalı azarkeşlər sayəsində Panama ilk dəfə Dünya Kubokuna vəsiqə qazanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm