İdman
“Arsenal” klubunun futbolçusu zədəyə görə 6 həftə meydana çıxa bilməyəcək
Londonun “Arsenal” klubunun və Almaniya futbol yığmasının müdafiəçisi Şkodran Mustafi altı həftə meydana çıxa bilməyəcək.
Publika.az “Mirror” saytına istinadən xəbər verir ki, futbolçu 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu turunda Azərbaycan millisi ilə qarşılaşmada bud sümüyündən zədə alıb. Mustafinin zədəsinin bərpası üçün 4-6 həftə vaxt lazımdır. Almaniyalı, həmçinin dizaltı vətər travması da alıb. Oyunda start heyətdə meydana çıxan futbolçu zədələnərək 36-cı dəqiqədə əvəzlənib.
İyirmi altı yaşlı futbolçu daha əvvəl İtaliyanın “Sampdoriya” və İspaniyanın “Valensiya” klublarında forma geyib. 2016-cı ildən “Arsenal”ın idman şərəfini qoruyan futbolçu bu müddət ərzində keçirdiyi 31 oyunda 2 qol vurub.
Bundan əvvəl “Mançester Siti” klubunun argentinalı hücumçusu Serxio Aqüero Amsterdamda yol-nəqliyyat hadisəsi zamanı qabırğasını sındırmışdı. Forvardın İngiltərə Premyer Liqasının səkkizinci turu çərçivəsində oktyabrın 14-də “Stouk Siti” komandası ilə oyunda iştirak edəcəyi bildirilir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı