İlin futbol bombasını qətərlilər partlatdı - “PSJ”-yə qardaş gəlir
Bizi izləyin

İdman

İlin futbol bombasını qətərlilər partlatdı - “PSJ”-yə qardaş gəlir

Türkiyənin Super Liqa oyunlarının qətərli yayım qurumu olan “beIN SPORTS” yeni futbol klubu almaq niyyətinə düşüb.

Publika.az xəbər verir ki, qurum “Başakşəhər” futbol klubunu almaq istədiyini bildirib.

Türkiyə ilə yanaşı. İngiltərə, İspaniya, Fransa və Braziliya liqalarını da yayımlayan qurum yeni klub almaq üçün uzun müddətdir axtarışa çıxmışdı.

“beIN SPORTS” artıq “Başakşəhər”lə razılaşma əldə edib və bir çox detalları müzakirə ediblər. Razılaşma ilə bağlı ətraflı açıqlamanın yanvar ayında veriləcəyi bildirilib.

Qeyd edək ki, “beIN SPORTS” qurumunun rəhbəri Nassər əl-Xələfi eyni zamanda, Fransanın məşhur “PSJ” komandasının da sahibidir. Razılaşma həyata keçərsə, qurum ikinci futbol klubunu satın alacaq. Türkiyə isə ilk dəfə xaricə klub satacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm