İdman
DÇ-2018: İsveçrə Şimali İrlandiyaya, Yunanıstan Xorvatiyaya qarşı
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki, İsveçrə yığması ilk oyunda səfərdə minimal hesabla məğlub etdiyi Şimali İrlandiya millisini qəbul edəcək. İrlandlar mundiala vəsiqə qazanmaq üçün səfər oyunundan mütləq qələbə ilə ayrılmalıdır. İsveçrəlilərə isə doğma meydanda heç-heçə də sərf edir.
Günün digər oyununda isə Xorvatiya yığması Yunanıstan seçməsinin qonağı olacaq. İlk matçda böyük hesabla (4:1) qalib gələn xorvatlar DÇ-nin bir addımlığındadır. Buna baxmayaraq, Yunanıstan millisi də praktiki olaraq mundiala vəsiqə şansını qoruyub saxlayır. Yunanlar gələn il Rusiyada təşkil ediləcək mundiala “bilet” əldə etmək üçün doğma Ellada torpağında Avropanın ən yaxşı heyətlərindən birinə malik olan Xorvatiya millisini böyük hesabla məğlub etməlidir.
Ayın 13-də bütün diqqət Milana, möhtəşən “San Siro” stadionuna yönələcək. Burda dünya futbolunun nəhənglərindən olan, dördqat dünya çempionu, son 60 ildə ilk dəfə mundialdan kənarda qalmaq təhlükəsi ilə üz-üzə qalan İtaliya millisi İsveç yığmasını qəbul edəcək. İlk oyundakı minimal hesablı qələbə skandinaviyalılara kiçik üstünlük versə də, hər şeyə Milanda aydınlıq gələcək.
Avropada son pley-off oyununda İrlandiya yığması ilk matçda səfərdə qolsuz bərabərə qaldığı Danimarka seçməsini qəbul edəcək.
DÇ-2018-in seçmə mərhələsi, pley-off
12 noyabr
21:00 İsveçrə - Şimali İrlandiya (ilk oyun 1:0)
23:45 Yunanıstan - Xorvatiya (1:4)
13 noyabr
23:45 İtaliya - İsveç (0:1)
14 noyabr
23:45 İrlandiya - Danimarka (0:0)
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI