Azərbaycanlı idmançı Çində birinci oldu - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanlı idmançı Çində birinci oldu - FOTOLAR

Çində yaşayan azərbaycanlı idmançı, Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyinin fəal üzvü Sadiq Həsənov Çində keçirilən beynəlxalq yarışda birinci yerə çıxıb.

Publika.az-a yarışla bağlı təəssüratlarını bölüşən idmançı bunları deyib:

“Çində çox məşhur olan Çin Bodibildinq kişilərin açıq birinciliyinin final mərhələsi hər ilin axırında Pekində keçirilir. Qeyd edim ki, DMS Çin açıq birinciliyi il ərzində Çinin müxtəlif vilayətlərində öz yarışmasını təşkil edir. Bu vilayət yarışmasında yalnız ilk üçlük final mərhələsinə vəsiqə qazana bilir. Və bu final mərhələsi yüksək səviyyədə keçir. Mən də əyalət yarışmasında yüksək nəticə göstərdiyim üçün final mərhələsinə vəsiqə qazandım! Final mərhələsi 2017-ci ilin noyabr ayının 15-də Pekində təşkil edilmişdi. Yarışma 9 kateqoriya üzrə keçirilirdi. 5 bodibildinq, 2 kişilərin yarışması və 2 qadınların yarışması üzrə təşkil edilmişdi. Mən öz gücümü kişilərin yarışması olan A kateqoriyasında sınadım. Bütün istedadlı rəqiblərimi üstələyərək birinci oldum!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm