İdman
İspaniya mətbuatı “Beşiktaş”ı arzulayır - "REAL" ÜÇÜN
İspaniya mətbuatında Çempionlar Liqasının qrup mərhələsini 2-ci pillədə başa vurması dəqiqləşən “Real”ın potensial rəqibləri barədə yazı hazırlanıb.
Publika.az xəbər verir ki, ispan jurnalistlər cari mövsümdə sabit çıxış etməyən “Kral klubu”na ən münasib rəqib kimi “Beşiktaş”ı göstəriblər. “Monako”, “Portu” və “Leyptsiq”lə birgə yer aldığı G qrupunu lider kimi başa vuracaq “qartallar”, Madrid təmsilçisi üçün ən münasib rəqib hesab edilsə də, Zinəddin Zidanın yetirmələrinin işinin bu qarşılaşmalarda da asan olmayacağı qeyd edilib. Ancaq “Roma”, “Mançester Siti”, “Çelsi” ilə müqayisədə, “Beşiktaş” variantının daha yaxşı olduğu vurğulanıb.
Xatırladaq ki, “Real” ÇL-də “Tottenhem”, “Borussiya” və APOEL-lə birgə H qrupunda mübarizə aparır. “Kral klubu” növbəti mərhələyə vəsiqəni təmin etsə də, qrup mərhələsinin son oyununda lider “Tottenhem”i geridə qoymaq şansı yoxdur.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı