İdman
Olimpiya çempionu söz verdi: “Azərbaycan üçün yeni Elnur Məmmədlilər yetişdirəcəm”
Məlum olduğu kimi, Pekin (2008) olimpiadasının qalibi Elnur Məmmədli artıq karyerasını bitirib.
Tanınmış cüdoçu hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyətini davam etdirir. Lakin hələ də onun idmandan belə tez getməsinin səbəbləri hər kəsə dəqiq məlum deyil.
Elnur Məmmədli idmanla tez vidalaşması barədə Publika.Az-a müsahibəsində bir daha toxundu:
“Zədəm uzun çəkdi – karyeram bitdi”
Karyeramı bitirmək qərarını vermək mənim üçün çox çətin idi. Müalicəm başa çatmadığı üçün dəqiq bilmirdim ki, karyeramı davam etdirəcəm, ya yox... Müalicə olunduğum Almaniyada zədəmin sağalması üçün uzun vaxt tələb oluduğu deyildi.
Əməliyyatdan sonra tatamiyə çıxa biləcəyim də dəqiq məlum deyildi. Sonda qərara gəldim ki, karyeramı başa vurum ”.
“Çalışacam ki, Azərbaycanda yeni Elnur Məmmədlilər yetişsin”
“Amma idmanı həmişəlik tərk etməmişəm. Təbii ki, karyeramı zədə səbəbindən belə tez başa vuramağa görə təəssüflənirəm. Amma idmanda zədələr qaçılmazdır. Təbi ki, bundan sonra Azərbaycanda yeni Elnur Məmmədlilərin yetişməsinə çalışacam.
Mənə bu işi həvalə etdiyi üçün Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərova, gənclər və idman naziri Azad Rəhimova təşəkkürümü bildirirəm”.
Gələcək planları ...
“Yeniyetmələr, gənclər və böyüklər arasında dünya və Avropa çempionatları olacaq. Bunun üçün regionlarda seleksiya işi görüləcək. İstedadlı və perspektivli idmançıları seçəcəyik.
Eyni zamanda, rayonlarda cüdonun inkişaf göstəricisini də müşahidə edəcəm. Perspektivli gəncləri seçərək məşqlərə cəlb etmək, öz biliklərimi onlarla bölüşmək niyyətindəyəm.
Cüdoda Azərbaycanı təmsil edən bir Olimpiya çempionu yox, bir neçə çempionun yetişməsinə çalışacam.
Bundan sonra işlərimi cüdonun təbliği üçün quracam. Əvvəllər tək özüm üçün məsuliyyət daşıyırdımsa, indi komandanın da məsuliyyəti mənim üzərimdə olacaq”.
Aygün İlqarqızı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi