Azərbaycan millisinin üzvü "Gənclərbirliyi”ndə
Bizi izləyin

İdman

Azərbaycan millisinin üzvü "Gənclərbirliyi”ndə

2016-cı ildən Azərbaycan millisinin üzvü olan Dəniz Yılmaz Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub.

Publika.az xəbər verir ki, klubla 29 yaşlı hücumçu arasında 1,5 illik müqavilə imzalanıb.

Dəniz Yılmaz yeni komandasının heyətində ilk oyununu daha əvvəl məxsus olduğu “Bursaspor”a qarşı keçirəcək.

Super Liqanın daha bir təmsilçisi “Ərzurumspor” klubu D.Yılmazı transfer etmək istəsə də, klub daxilində legioner məhdudiyyəti olduğundan transfer baş tutmayıb.

Qeyd edək ki, Dəniz Yılmaz karyerası ərzində Almaniyanın "Bavariya", "Maynts 05", "Paderborn", Türkiyənin "Elazığspor", "Trabzonspor" və "Bursaspor" klublarında çıxış edib.

D.Yılmazın Azərbaycan vətəndaşlığından imtina etməsi ilə bağlı iddialar da mediada yer alır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm